Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2023 21:46
Baş rollarını Uraz Kayqılaroğlu ilə Cemre Bayselin canlandırdığı "Sakla beni" serialı yayımlandığı ilk bölümdən etibarən tənqid edilib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, buna səbəb ekran işində uşaqların iştirakı ilə çəkilən qalmqallı səhnə olub.
Ölkənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş sosial mediada səs-küyə səbəb olan səhnə ilə bağlı açıqlama yayıb:
"Star TV"də yayımlanan "Sakla beni" serialının ilk bölümündə uşaqların psixoloji vəziyyəti nəzərə alınmayan səhnələr yer alıb. Sözügedən səhnələrin uşağa qarşı laqeydlik və zorakılıq şübhəsi yarada biləcəyi səbəbi ilə araşdırılması üçün "RTÜK"ə (Türkiyədə Radio və Televiziya Ali Şurası) müraciət edilib".
"RTÜK" və nazirliyin xəbərdarlığından sonra kanal və prodüser şirkəti ortaq qərar alaraq sözügedən səhnəni serialın təkrar yayımından silib.