Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İnstagram"dan maraqlı FUNKSİYA - FOTOlar

Tarix: 5 Noyabr 2023 14:20

"İnstagram" süni intellektlə dəstəklənən virtual dost yaratma funksiyası üzərində işləyir.  

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, "İnstagram"ın bu xüsusiyyəti sayəsində insanlar süni intellektli robotlarla dostluq edə biləcəklər.

Bu funksiya ilə istifadəçilər artıq istədikləri şəxsiyyətdə dost yarada və onunla söhbət edə biləcəklər. 

Məsələn, istifadəçi "utancaq", "həvəsli", "zarafatcıl" kimi bir çox şəxsiyyətdə öz süni intellekt dəstəkli virtual dostunu yarada biləcək, bundan sonra siz süni intellektli virtual dostunuz üçün avatar və ad seçə və onunla söhbətə başlaya biləcəksiniz.

Digər tərəfdən, söhbət robotunun cins və yaşının, hətta etnik xüsusiyyətlərinin də seçilə biləcəyi qeyd edilib.

Xüsusilə, istifadəçilər suallara cavab vermək, qarşılaşdıqları problemləri müzakirə etmək, ideyalar üzərində beyin fırtınası aparmaq və daha çox şey üçün virtual dostları ilə söhbət edə biləcəklər.

Bu funksiyanın hələ inkişaf mərhələsində olduğu bildirilsə də, onun nə vaxt ümumi istifadəyə veriləcəyi barədə məlumat yoxdur.

Milli.Az


Etiketlər:  İnstagramdan maraqlı FUNKSİYA FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ