Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2023 18:24
Oksford Universiteti tərəfindən nəşr olunan və 15 min alimin araşdırmasına əsaslanan araşdırma dərc edilib.
Sonxeber.net bildirir ki, bu araşdırmaya görə, Yer kürəsi sürətlə yaşamaq üçün yararsız hala düşür və hazırda Yerdəki həyat təhlükə altındadır.
2023-cü ildə qlobal hava istiliyi, okean temperaturu və Antarktika dəniz buzlarının əriməsi də daxil olmaqla bir çox iqlim rekordları qırılıb.
Tarixi məlumatlara görə, planetin hər 100 ildən bir gördüyü ən yüksək aylıq səth temperaturu iyul ayında qeydə alınıb.
Ekspertlər vurğulayırlar ki, Yer kürəsinin sağ qalması üçün "dayanıqlı gələcək proqramına sürətli və ədalətli keçid" lazımdır.
Araşdırma hesabatına görə, tədbir görülməsə, Yer kürəsində həyatın ən geci 2100-cü ilə qədər sona çata biləcəyi xəbərdarlığı edilir.
Dr. Kristofer Vulfun fikrincə, 2100-cü ilə qədər 3-6 milyard insan Yer kürəsinin yaşayış zonalarından kənarda qala bilər. Bu o deməkdir ki, onlar həddindən artıq isti hava, məhdud qida və yüksək ölüm nisbətləri kimi problemlərlə üzləşəcəklər.
Mütəxəssislər bildiriblər ki, dünyada baş verən pis tendensiyanın qarşısını almaq üçün təcili olaraq aşağıdakı tədbirlər görülməlidir:
1.Qlobal iqtisadiyyat həddindən artıq istehlakı və yüksək emissiyaları azaltmaq üçün keçməlidir.
2.Könüllü ailə planlaması yolu ilə doğuş göstəriciləri aşağı salınmalıdır.
3.Gender ədalətini təmin etməklə qadınların təhsil hüququ dəstəklənməli və insan əhalisi sabitləşdirilməlidir.
4.İstixana qazı emissiyalarını azaltmaq üçün heyvan populyasiyasına nəzarət edilməlidir.
5.Qalıq yanacaq subsidiyaları mərhələli şəkildə dayandırılmalıdır.
6.Meşələrin mühafizəsi vacib hesab edilməlidir.
7.Zəngin ölkələr bitki əsaslı qidalanmaya keçməlidir.
8.Yeni kömür layihələri dayandırılmalıdır.