Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bu müqavilə Ermənistan üçün fəlakətin başlanğıcı olacaq”

“Bu müqavilə Ermənistan üçün fəlakətin başlanğıcı olacaq”

Tarix: 7 Noyabr 2023 15:32

"Türkiyə-Azərbaycan tandemi Qərbdəki himayədarlarının razılığı ilə tezliklə Sünikə zərbə endirəcək".

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu iddia yerli hərbi ekspert David Camalyan tərəfindən səslənib.

Onun sözlərinə görə, Bakı yalnız bundan sonra sülh müqaviləsi imzalamağı planlaşdırır.

"Bu hərəkətlər çərçivəsində onlar Ermənistandan mümkün qədər çox şey qoparmağa çalışacaqlar. Yalnız bundan sonra sülh sazişi adlanacaq fəlakətli anlaşma (Ermənistan üçün - red.) imzalanacaq. Amma ən pisi məhz bundan sonra başlayacaq" - deyə David Camalyan yerli "Orağır" verilişinin efirində bildirib.

Onun sözlərinə görə, sülh müqaviləsi imzalanandan sonra müxtəlif hesablamalara əsasən, 150-600 min azərbaycanlı Ermənistana köçəcək.

"Əgər bu qədər azərbaycanlı Ermənistana gəlsə, müharibə bizim küçələrə və həyətlərimizə sıçrayacaq. Təbii ki, bu, artilleriya və raket qurğularından istifadə edilən müharibə olmayacaq. Azərbaycan öz təhlükəsizliyinə Türkiyə tərəfindən təminat tələb edəcək və bu insanlar tez bir zamanda özlərini daha arxayın hiss edəəklər. Yəni bu, mahiyyət etibarı ilə Ermənistanı daxildən götürmək deməkdir", - deyə erməni ekspert bildirib.


Etiketlər:  müqavilə Ermənistan üçün fəlakətin başlanğıcı olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ