Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyada qanlı olay - PSJ-nin azarkeşi bıçaqlandı

İtaliyada qanlı olay - PSJ-nin azarkeşi bıçaqlandı

Tarix: 7 Noyabr 2023 15:36

Fransanın PSJ klubunun azarkeşi İtaliyada "Milan"a qarşı UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunun oyunundan əvvəl bıçaqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, fanatın vəziyyəti ağırdır.

O, dünən səhər saatlarında xəstəxanaya aparılıb.

Daha əvvəl "Milan"ın 50 tərəfdarının həmin qarşılaşmadan əvvəl qonaq azarkeşlərə hücum etdiyi bildirilib. Onlar pirotexniki vasitələrdən, o cümlədən tüstü bombalardan istifadə ediblər.

Qeyd edək ki, "Milan" - PSJ görüşü bu gün, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Milli.Az


Etiketlər:  İtaliyada qanlı olay azarkeşi bıçaqlandı


RƏYLƏR