Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: Azərbaycan əsgəri və zabiti 44 gün ərzində döyüş meydanında əsl qəhrəmanlıq göstərmişdir

İlham Əliyev: Azərbaycan əsgəri və zabiti 44 gün ərzində döyüş meydanında əsl qəhrəmanlıq göstərmişdir

Tarix: 8 Noyabr 2023 16:15

Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgəri və zabiti əsl qəhrəmanlıq göstərmişdir. Hər gün biz irəli gedirdik, bir gün belə geriyə addım atmamışdıq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında bildirib.

Düşmən ordusunun Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığını, fədakarlığını görərək daha da böyük təşvişə düşdüyünü, onların özlərinin etirafına görə, 44 günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərarinin olduğunu deyən dövlətimizin başçısı qeyd edib: "Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etməmişdir. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi".

Milli.Az


Etiketlər:  İlham Əliyev Azərbaycan əsgəri zabiti 44 gün ərzində döyüş meydanında əsl qəhrəmanlıq göstərmişdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ