Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: Bu, bizim şüurlu seçimimiz idi

İlham Əliyev: Bu, bizim şüurlu seçimimiz idi

Tarix: 8 Noyabr 2023 16:33

Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi və bir gün sonra kapitulyasiya aktına imza atdı, biz də müharibəni dayandırdıq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında deyib.

"O vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi. Bu gün bizim, bax, burada - Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, nə qədər düzgün, müdrik addım idi", - deyə dövlətimizin başçısı əlavə edib.

Milli.Az


Etiketlər:  İlham Əliyev Bu bizim şüurlu seçimimiz idi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ