Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almaniyanı şoka salan hadisə: Müəllim silahla... - FOTO

Almaniyanı şoka salan hadisə: Müəllim silahla... - FOTO

Tarix: 9 Noyabr 2023 12:50

Almaniyanın Hamburq şəhərində 1050 şagirdin təhsil aldığı məktəbdə silahlı çaxnaşma baş verib. Blankeneze bələdiyyəsindəki Blankeneze rayon məktəbində iki nəfər müəllimi silahla hədələyib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, xəbərdarlıqdan sonra məktəbə gələn polis qrupları məktəbi boşaldıb. Təxliyə edilən şagird və müəllimlər təhlükəsiz əraziyə aparılıb. Məktəbdə Türkiyə vətəndaşlarının da olduğu öyrənilib. Tələbə olub-olmaması hələlik bəlli olmayan iki şübhəlinin müəllimə hədə-qorxu gələrək məktəbdə gizləndiyi və bu səbəbdən iki sinfin boşaldılmasının mümkün olmadığı açıqlanıb.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınarkən bölgəyə polis helikopterləri və atıcılar gəlib. Polis məktəbdə və ətrafda şübhəlilərin saxlanılması üçün axtarışları davam etdirir.

Milli.Az


Etiketlər:  Almaniyanı şoka salan hadisə Müəllim silahla FOTO


RƏYLƏR