Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2023 16:32
"Real"ın çalışdırıcısı Karlo Ançelotti məşqçi kimi Çempionlar Liqasında ən çox qalibiyyət rekordu vurub.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Ançelotti 116-cı qələbəsini qazanaraq əfsanəvi məşqçi Aleks Ferqyusonun nailiyyətini yeniləyərək, bu göstəricidə birinci pilləyə yüksəlib.
Ançelotti 2021-ci ildən "Real"ı çalışdırır. Onun klubla müqaviləsi 2024-cü ilə qədərdir.
Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun oyununda "Real" səfərdə "Braqa"nı 3:0 hesabı ilə məğlub edib. Dörd turdan sonra maksimum nəticə göstərərək pley-offa vəsiqəni təmin edib.