Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT-də bayraqlar endiriləcək

BMT-də bayraqlar endiriləcək

Tarix: 10 Noyabr 2023 00:09

BMT Yaxın Şərqdə davam edən münaqişədə həyatını itirən əməkdaşlarını anmaq üçün bayraqları yarıya endirəcək.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında deyib.

Sözçü bildirib ki, beynəlxalq təşkilatın Nyu-Yorkdakı baş qərargahı ilə yanaşı, bütün ölkələrdəki ofislərində dalğalanan bayraqlar yarıya endiriləcək və bir dəqiqəlik sükut elan olunacaq.

Anım mərasimi noyabrın 13-də baş tutacaq.

Xatırladaq ki, son bir ay ərzində BMT Qəzza zolağında ən böyük humanitar təşkilatı olan Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) 88-dən çox əməkdaşının həlak olub.


Etiketlər:  bayraqlar endiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ