Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş köməkçisinə 1,2 milyon dollar ödəməli olacaq

Keçmiş köməkçisinə 1,2 milyon dollar ödəməli olacaq

Tarix: 12 Noyabr 2023 15:35

Robert De Nironun "Canal Productions" şirkəti aktyorun keçmiş köməkçisi Qrehem Çeyz Robinsona 1,2 milyon ABŞ dolları (2,04 milyon manat) təzminat ödəməyə məcbur edilib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, qadın 2008-ci ildə De Nironun şirkətinə işə düzəlib. O, şəxsi köməkçidən şirkətinin istehsal və maliyyə üzrə vitse-prezidenti vəzifəsinə qədər yüksəlib. 2019-cu ildə Robinson "Canal Productions"dan təqaüdə çıxıb. Bundan dərhal sonra şirkət keçmiş işçini vəzifə borcunu yerinə yetirməməkdə ittiham edərək məhkəməyə verib.

Buna cavab olaraq Robinson əks-iddia qaldırıb. Qadının dediyinə görə, De Niro onun haqqında seksist ifadələr işlədib və eyni zamanda vəzifəsində etməməli olduğu işləri də ona tapşırıb. Bundan əlavə, o, maaşının oxşar vəzifələrdə çalışan kişi işçilərindən xeyli az olmasından şikayətlənib.

Məhkəmə aktyoru şəxsən günahkar saymasa da, onun şirkətindən Robinsona təzminat ödəməyi tələb ediblər. Qadın əvvəlcə "Canal Productions"dan 12 milyon dollar tələb etsə də, məhkəmə bu məbləği 10 dəfə azaldıb.


Etiketlər:  Keçmiş köməkçisinə milyon dollar ödəməli olacaq


RƏYLƏR