Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ramiz Rövşən: “Azərbaycanda heç vaxt oxucu qıtlığı olmayıb”

Ramiz Rövşən: “Azərbaycanda heç vaxt oxucu qıtlığı olmayıb”

Tarix: 12 Noyabr 2023 21:45

Beynəlxalq kitab sərgiləri mənim dediyimi bir daha təsdiqləyir. Azərbaycanda heç vaxt oxucu qıtlığı olmayıb, bu gün də yoxdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu IX Bakı Beynəlxalq Kitab Sərgisinin iştirakçısı, Xalq şairi Ramiz Rövşən bildirib.

Bakı Ekspo Mərkəzində davam edən sərgi barədə fikirlərini bölüşən Ramiz Rövşən deyib: "Bu kitab bayramı çox yaxşı təşkil olunub. Sərgini ziyarət edənlər arasında demək olar ki, bütün yaş kateqoriyasına aid oxucular var. Bu, məni çox sevindirir. Düşünürəm ki, bizim hələ çox həvəskar və gözəl oxucularımız var. Çox arzulayıram ki, balaca oxucuların öz həmyaşıd gənc şairləri yetişsin"

Xatırladaq ki, 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Xalq şairi Ramiz Rövşənin "Dünyanın siz olan yeri" kitabının təqdimatı və imza günü keçirilib.

Milli.Az


Etiketlər:  Ramiz Rövşən Azərbaycanda heç vaxt oxucu qıtlığı olmayıb


RƏYLƏR