Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda yenə ara qarışdı

Ermənistanda yenə ara qarışdı

Tarix: 13 Noyabr 2023 08:16

Ermənistanda Minsk qrupunun yenidən işə düşməsini istəyənlər var.

Milli.Az bildirir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

Ermənistanın keçmiş müdafiə naziri, Koçaryanın partiyasının parlamentdəki fraksiya sədri Seyran Ohanyan deyir ki, "ermənilər Qarabağa ev sahibi kimi qayıtmalıdır". Bunun üçün o təklif edir ki, erməni xalqı vahid şəkildə birləşməli, "beynəlxalq səviyyədə tanınmış formatda danışıqlar tezliklə bərpa edilməlidir". Yəni Minsk qrupu yenidən işə düşməlidir və s. və ilaxır.

Bakı-İrəvan xəttində məsələ olmaqdan çıxan Qarabağ mövzusu Ermənistanın daxili siyasətində iqtidar-müxalifət məsələsinə çevrilib. Ohanyan dedikləri də firqə davasından qaynaqlanır. Lakin erməni revanşistlərin - daşnakların Qarabağ iddiasını daim diri saxlayamağa çalışacağı və şəraitin yaranacağı günə qədər gözləyəcəkləri də bəllidir. Ermənistanda onların qarşısını alacaq yeganə tərəf isə hələki Paşinyandır.

Milli.Az


Etiketlər:  Ermənistanda yenə qarışdı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ