Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2023 18:04
Avropa ittifaqı (Aİ) Şurası Şengen vizası üçün onlayn müraciət etməyə imkan verən yeni qaydalar qəbul edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, qaydalara əsasən, Avropa İttifaqı onlayn viza müraciəti platforması yaradacaq. İstisna hallar olmaqla, Şengen vizası üçün müraciətlər həmin platforma vasitəsilə həyata keçiriləcək. Platformada Şengen zonasına səyahət etmək istəyən şəxslər bütün müvafiq məlumatları daxil edə, tələb olunan sənədlərin elektron surətlərini yükləyə və viza rüsumlarını ödəyə biləcəklər.
Yeni qaydalara görə, konsulluqda üzbəüz görüşlərə ehtiyac qalmayacaq. Şəxsi görünüş yalnız ilk dəfə müraciət edənlər, biometrik məlumatları artıq etibarlı olmayan insanlar və yeni səyahət sənədi olan şəxslər üçün zəruri olacaq.
Bundan başqa, cari viza stikerini kriptoqrafik olaraq imzalanmış barkod əvəz edəcək.
Qeyd edək ki, yeni qaydaların tətbiqi tarixi viza platforması və rəqəmsal viza üzərində texniki işlər başa çatdıqdan sonra müəyyən ediləcək.