Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fədayə Laçında avtobus sürdü - VİDEO

Fədayə Laçında avtobus sürdü - VİDEO

Tarix: 13 Noyabr 2023 18:55

"Arzularımdan biri avtobus sürücüsü olmaq olub. Elə oldu ki, sürücü yox, müğənni oldum". 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu sözləri müğənni Fədayə Laçın "Günaydın, Azərbaycan!" verilişinə müsahibəsində deyib.

Paytaxtda fəaliyyət göstərən avtobusun sükanı arxasına əyləşən sənətçi fikirlərini belə ifadə edib: 

"Siz elə bilirsiniz ki, avtobus idarə etməyi bacarmaram. Oxumağı bacardığım kimi də avtobusu sürməyi bacarıram. Əgər avtobus sürücüsü olsaydım, düşdüyüm vəziyyətə və ona uyğun dərhal mahnı oxuyardım. Pul qazanmaq üçün insan hər əzab-əziyyətə qatılmalıdır. Mən də özümü buna ayıb və ar bilmirəm. Hansısa işi görməyə də tənbəl deyiləm. Əsas odur ki, pul qazanıb ailəsini dolandıra bilsin". 

Milli.Az


Etiketlər:  Fədayə Laçında avtobus sürdü VİDEO


RƏYLƏR