Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”ın qapıçısı zədəsindən danışdı - ''Həkimlərin dediklərinə görə...''

“Qarabağ”ın qapıçısı zədəsindən danışdı - ''Həkimlərin dediklərinə görə...''

Tarix: 14 Noyabr 2023 11:14

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Avropa Liqasının qrup mərhələsində "Bayer"lə Bakıdakı oyunda (0:1) zədələnib.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, rusiyalı qolkiper ölkəsinin mətbuatına açıqlamasında durumunu dəyərləndirib. Lunyov budəfəki zədəsinin ciddi olmadığını açıqlayıb: "Hər altı ayda və ya bir ildə ciddi zədə almaq çətindi. Düşünürəm ki, indiki zədəm bu vəziyyətdə ən yaxşısıdı. Həkimlərin dediklərinə görə şadam. Həmişə milli üçün oynamaq istəmişəm. Amma indiki durum başadüşülən olmalıdı. Sağlam olmaq daha yaxşıdı. Gələcəkdə milliyə yenidən düşmək olar".

Qeyd edək ki, Lunyov "Qarabağ"a yay fasiləsində "Bayer"dən keçib. O, uzun fasilədən sonra yenidən Rusiya millisinə çağırılmışdı. Lakin zədə üzündən heyətdən kənar qaldı.


Etiketlər:  Qarabağın qapıçısı zədəsindən danışdı Həkimlərin dediklərinə görə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ