Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı rejissorun fəaliyyətinə qadağa qoyuldu

Azərbaycanlı rejissorun fəaliyyətinə qadağa qoyuldu

Tarix: 14 Noyabr 2023 11:57

Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərindən olan rejissor Vəli Lütfdoxtun fəaliyyəti 2 il müddətinə qadağan edilib.

Milli.Az kult.-a istinadən xəbər verir ki, Urmiyanın İnqilab Məhkəməsi Mədəniyyət və İrşad İdarəsinin şikayəti əsasında bu barədə qərar çıxarıb.

İdarə rejissorun 18 iyun tarixində Urmiyada nümayiş etdirilən "Şəhriyar" tamaşasında aktyorların Azərbaycan milli rəqsi etməsinə etirazını bildirərək, şikayət edib. Məhkəmə isə idarənin şikayətini təmin edib və aktyorun fəaliyyəti barəsində qadağa hökmü çıxarıb.

Qeyd edək ki, bundan əvvəl Vəli Azərdoxtun fəaliyyəti ilə bağlı şikayət edilsə də, onun barəsində qəti qərar çıxarılmamışdı.

Milli.Az


Etiketlər:  Azərbaycanlı rejissorun fəaliyyətinə qadağa qoyuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ