Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

33 yaşlı qadın parkda uşaq doğub, qaçdı

33 yaşlı qadın parkda uşaq doğub, qaçdı

Tarix: 14 Noyabr 2023 21:02

Omsk vilayətində 33 yaşlı qadın parkda uşaq dünyaya gətirib.

Milli.Az lent.az-a istinadən bildirir ki, o, sonra körpəni otluqda qoyaraq evə gedib. Şübhəli şəxs barəsində cinayət işi başlanıb, ananın şəxsiyyəti müəyyən edilib.

Hadisə sentyabrın 25-də Odesskoye kəndində baş verib. Şübhəli sağlam oğlan uşağı dünyaya gətirib və onu çılpaq halda park ərazisində tərk edərək iki yaşlı qızının yanına gedib.

Yoldan keçən şəxs yeni doğulmuş uşağı taparaq təcili yardım çağırıb. Uşaq xəsarət almayıb.

Şübhəli şəxs günahını etiraf edib. Qadın ikinci hamiləliyini qohumlarından və ərindən gizlətdiyini bildirib. Şübhəli hərəkətini uşağa ehtiyacı olmadığını deməsi ilə izah edib.

Genetik analiz parkda tapılan oğlanın şübhəlinin oğlu olduğunu təsdiqləyib. Uşaq artıq himayədar ailəyə verilib.

Milli.Az


Etiketlər:  33 yaşlı qadın parkda uşaq doğub qaçdı


RƏYLƏR