Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2023 08:18
Estoniyanın baş naziri Kaja Kallas NATO-nun yeni baş katibi olmağa hazırdır.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "Politico"nun jurnalistləri məlumat yayıb.
"Kallas deyib ki, o, NATO-da yüksək vəzifə tutmaqda maraqlıdır", - agentlik bildirib.
Qeyd edilib ki, Estoniya rəhbəri öz mövqeyini POLITICO Müdafiə sammitində səsləndirib.
Alyansın hazırkı rəhbəri Yens Stoltenberq gələn il oktyabrın 1-dək baş katib vəzifəsində qalacaq.
O, yeni müddətə namizəd olmaq niyyətində deyil.