Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''WhatsApp''dan yeni funksiya - Çoxlarının ürəyincə olacaq

''WhatsApp''dan yeni funksiya - Çoxlarının ürəyincə olacaq

Tarix: 15 Noyabr 2023 11:00

"WhatsApp" yaxın günlərdə böyük qruplarda səsli zənglər etmək üçün daha az mane törədən yeni funksiyasını təqdim edəcək.

Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, mesencer çoxdan 32 iştirakçı ilə səsli zənglər etməyə icazə versə də, yeni funksiyası bir qədər fərqli işləyəcək.

Səsli söhbətə başladıqda qrup üzvləri avtomatik olaraq çağırılmayacaq. Əvəzinə onlar bildiriş alacaqlar və söhbətdə qoşulmaq üçün ekranda klikləyə biləcəkləri pəncərə görünəcək.

Səsli söhbətə başladıqdan sonra, iştirakçının eyni vaxtda mətn mesajları göndərmək imkanı əlçatan olacaq.

Yenilik yaxın həftələrdə "Android" və "iOS" versiyalarında istifadəyə veriləcək.


Etiketlər:  WhatsAppdan yeni funksiya Çoxlarının ürəyincə olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ