Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Simon Mordue: "Azərbaycan Aİ üçün Cənubi Qafqazda vacib tərəfdaşdır"

Simon Mordue:

Tarix: 15 Noyabr 2023 22:00

Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordue Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Simon Mordue X platformasındakı paylaşmında qeyd edib.

O, görüş zamanı Aİ-Azərbaycan əlaqələrinin müzakirə edildiyini qeyd edib.

"Azərbaycanın Aİ üçün Cənubi Qafqazda vacib tərəfdaş olduğunu vurğuladım. Aİ dinc və firavan Cənubi Qafqaz naminə Ermənistan-Azərbaycan normallaşma prosesini dəstəkləməyə davam edəcək", - paylaşımda bildirilib.

Milli.Az


Etiketlər:  Simon Mordue Azərbaycan üçün Cənubi Qafqazda vacib tərəfdaşdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ