Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Şərq tərəfdaşlığının 10 illik yubileyinə həsr olunmuş tədbirdə təmsil olunacaq

Azərbaycan Şərq tərəfdaşlığının 10  illik yubileyinə həsr olunmuş tədbirdə təmsil olunacaq

Tarix: 5 Noyabr 2019 13:30

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin deputatları Sahibə Qafarova və Asim Mollazadə Şərq tərəfdaşlığının 10 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün noyabrın 4-də İsveçin Stokholm şəhərinə səfərə gedəcəklər.

Trend-in məlumatına görə, səfər çərçivəsində millət vəkilləri “Parlamentlərin rolu və deputatlar, dialoq və plüralizm”, “Şərq Tərəfdaşlığının 10-cu ildönümü” adlı panel iclaslarda içtirak edəcək, müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətlərini bildirəcəklər.

Səfər noyabrın 7-də başa çatacaq.

Qeyd edək ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da Şərq tərəfdaşlığının 10 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan Şərq tərəfdaşlığının illik yubileyinə həsr olunmuş tədbirdə təmsil olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ