Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“İlin Dünya Mətbuat Fotosu” seçilmiş şəklin kədərli tarixi

“İlin Dünya Mətbuat Fotosu” seçilmiş şəklin kədərli tarixi

Tarix: 19 Noyabr 2023 19:02

13 noyabr 1985-ci ildə Kolumbiyada Nevado del Ruiz vulkanı püskürüb. Bu, XX əsrin ikinci ən ölümcül vulkan püskürməsi olub. Fəlakət 13 yaşayış məntəqəsini əhatə edib. Ən çox zərər çəkmiş yer isə 20 mindən çox insanın həlak olduğu Armero şəhəri olub. Bu hadisə tarix kitablarına "Armero faciəsi" kimi düşüb.

Milli.Az sfera.az-a istinadən bu yazıda sizə "Armero faciəsi" zamanı çəkilmiş və "İlin Dünya Mətbuat Fotosu" seçilmiş şəklinin qısa tarixi haqqında məlumat təqdim edir.

Dünyada Armero faciəsi kimi də tanınan Ruiz vulkanı fəlakəti, 13 noyabr 1985-ci ildə Kolumbiyada baş vermiş və təxminən 25.000 insanın ölümünə səbəb olan vulkan püskürməsi idi.

Kumanday adı ilə tanınan və 2 milyon ildir aktiv olan Nevado del Ruiz, Kolumbiyanın Kaldas və Tolima bölgələri arasında, paytaxt Boqotadan 129 km qərbdə yerləşən vulkandır. Bu kompozit vulkanda vulkanik kül və vulkanik materiallardan ibarət daşlar da daxil olmaqla lava təbəqələri var. Tarix boyu kolumbiyalılar əkinçiliklə məşğul olan yerli xalqlar bu vulkanik birləşmələrin ətrafında məskunlaşıblar. Bu vəziyyətin əsas səbəbi vulkanik birləşmələrin üzvi maddələrlə zəngin olması və əkinçilik üçün çox əlverişli olmasıdır.

1985-ci ildə Mərkəzi Kolumbiyada Nevado del Ruiz vulkanı püskürür. Püskürən vulkanın kraterindən piroklastik axınlar püskürdüyü üçün dağın buzlaqlarını əridib və saatda 60 kilometr sürətlə yamaclardan aşağıya doğru hərəkət edən dörd böyük lahar (parça) göndərilib. Bu laharlar çuxurlarda sürətlənib və vulkanın altındakı altı böyük çay yatağına axıb.

"Armero" faciəsinin qurbanlarından biri də ayaqları kərpic, ağaclar və betondan ibarət divarın altında qalmış 13 yaşlı Omayra Sançes olub. Xilasetmə qruplarının uzun səyləri Omayranı xilas etmək üçün kifayət etməyib. Həkimlər belə nəticəyə gəliblər ki, ən humanist addım qızı sakit saxlamaq və onun sadəcə ölməsini gözləməkdir.

Fəlakətdən sonra kiçik bədəni beton və ağır taxta dağıntıları arasında qalan 13 yaşlı Omayra Sanchez möcüzəvi şəkildə lava gölündə 3 günə yaxın sağ qalıb. Həyatının bu son 60 saatı onlarla kamera tərəfindən lentə alınıb və fotoşəkilləri çəkilib. Həyatda ikən son dərəcə ağıllı olan Omayra ən yetkin insanlardan daha soyuqqanlı və təmkinlə gözləyib. O, kəskin ağrılardan sonra hipotermiya və ya bəzilərinə görə ilk növbədə daxili qanaxma səbəbiylə 16 noyabr 1985-ci ildə son nəfəsini verib (bölgəyə lazımi avadanlıqlar çatdırmağa şərait olmayıb). Omayra 60 saat su altında qaldığı müddət ərzində jurnalist German Santa Maria Barragana mahnılar oxuyub, suallarını cavablandırıb, konfet yeyib və qazlı su içib. Ancaq üçüncü gün Omayra halüsinasiyalar görməyə başlayıb. Qız ölməzdən bir neçə saat əvvəl hadisə yerinə fotoqraf Frank Fournier gəlib və bu məşhur şəkli çəkib. Foto "İlin Dünya Mətbuat Fotosu" seçilib.

Omayra Sanchez öləcəyini bilsə də, ətrafa gülümsəyir. Omayra dözümü və güclülüyü ilə yetkin insanlardan da O,
valideynlərinin öldüyündən xəbərsizdir. Omayra son günləri olduğunu bilə-bilə valideynlərinə onları çox sevdiyi mesajını göndərib.
Faciənin qurbanı olan gənc Omayra Sançezin fotoları və şəkilləri yayımlandıqdan sonra bütün dünyada dərc olundu və bu fotoşəkillər sayəsində fəlakətin təsiri bütün dünyada böyük marağa səbəb oldu. Kolumbiya hökumətinin bu fəlakətə görə nə dərəcədə məsuliyyət daşıdığı ilə bağlı müzakirələr də bu nöqtədən sonra başlayıb.

Birinci mərhələdə partlayışın yaratdığı daş və kül yağışına baxmayaraq, xalq sakitliyini qoruyub. Lakin kül yağışı dayandıqdan sonra evakuasiya qərarı ləğv edilib. Bu zaman proklastik axın və püskürmə nəticəsində ayrılan maddələr vulkanın yuxarı hissəsindəki buz qatını əritməyə başlayıb və nəhəng palçıq kütləsinin sürüşməsinə səbəb olub. Həmin axşam baş verən tufan dağın zirvəsindəki bu mənzərəni örtdüyündən, camaat bu vəziyyətdən xəbərdar olmadan şəhərin böyük bir hissəsi palçığa qərq olmuşdu.

Vulkan Tolimadakı Armer bölgəsini tamamilə məhv etdi. Bu fəlakət nəticəsində 25 min insanın öldüyü təxmin edilir. Fəlakətdən əvvəl Armero əhalisinin 28.500 civarında olduğunu nəzərə alsaq, fəlakətin nə qədər ölümcül olduğunu görmək olar. Bu hadisə sonradan "Armero Fəlakəti" kimi tanındı və tarixdə ən ölümcül vulkam kimi qeyd edildi. Qeyd edək ki, oxşar, lakin daha az ölümcül partlayışlar 1595 və 1845-ci illərdə qeydə alınıb.

Nevado del Ruiz başqa vulkanların da olduğu Los Nevados Milli Parkında yerləşir. Hazırda onun üstü buzla örtülsə də, qlobal istiləşmə səbəbindən buzlar geri çəkilir. Vulkan hələ də ətraf kəndlər və qəsəbələr üçün təhlükə yaradır və gələcək lahardan 500 min insanın təsir altına düşə biləcəyi təxmin edilir. 2012-ci ilin fevral ayından etibarən vulkanın əsas kraterində aktivliyin artması və seysmik aktivlik müşahidə olunmağa başlayıb. Həmin ilin may ayından etibarən dağın yaratdığı vulkanik aktivliyə görə həyəcan səviyyəsi narıncıya yüksəlib.

Milli.Az


Etiketlər:  İlin Dünya Mətbuat Fotosu seçilmiş şəklin kədərli tarixi


RƏYLƏR