Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-də keçmiş birinci xanım vəfat etdi

ABŞ-də keçmiş birinci xanım vəfat etdi

Tarix: 20 Noyabr 2023 08:22

ABŞ-nin keçmiş birinci xanımı Rozalin Karter 96 yaşında vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Karter Mərkəzinin saytında dərc olunmuş bəyanatda deyilir.

1977-1981-ci illərdə ən yüksək dövlət vəzifəsi tutan ABŞ-nin 99 yaşlı keçmiş prezidenti Cimmi Karterin həyat yoldaşı bazar günü öz evində vəfat edib.

"Rozalin indiyə qədər əldə etdiyim hər şeydə mənim bərabərhüquqlu tərəfdaşım olub. O, mənə ehtiyacım olanda... dəstək verdi. Rozalin bu dünyada ikən mən həmişə bilirdim ki, kimsə məni sevir və dəstəkləyir", - deyə Cimmi Karter bildirib.

Milli.Az


Etiketlər:  ABŞ keçmiş birinci xanım vəfat etdi


RƏYLƏR