Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2023 21:18
ABŞ Prezidenti Co Baydenin enerji və infrastruktur üzrə baş müşaviri Amos Hokşteyn Livanla müharibənin qarşısını almaq üçün İsrailə səfər edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Wall News" qəzeti məlumat yayıb.
Bildirilib ki, Hokşteyn İsrailə səfəri çərçivəsində başda müdafiə naziri Yoav Qallant, strateji işlər naziri Ron Dermer və Baş Qərargah rəisi Herzi Halevi olmaqla rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək.
Qeyd olunub ki, Hokşteynin səfəri İsrail ordusu ilə "Hizbullah" arasında gərginliyin artdığı bir vaxta təsadüf edib.
Xatırladaq ki, oktyabrın 8-dən İsrail ordusu ilə "Hizbullah" arasındakı sərhəddə vaxtaşırı toqquşmalar yaşanır.