Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Hizbullah” İsrailin hərbi zavodunu vurdu

“Hizbullah” İsrailin hərbi zavodunu vurdu

Tarix: 21 Noyabr 2023 23:50

Livandakı "Hizbullah" hərəkatı İsrailin hərbi fabrikinə və iki hərbi məntəqəsinə hücumlar təşkil edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı "Hizbullah"yazılı açıqlama yayıb.

Bildirilib ki, "Hizbullah" İsrailin Şlomi bölgəsində yerləşən müdafiə sənayesi şirkəti "Rafaelin" fabrikini raketlərlə hədəfə alıb.

Hücumdan sonra fabrikdə yanğının başladığı bildirilib.

"Hizbullah" başqa bir açıqlamada İsrailin Beytül-Helil hərbi məntəqəsinin Katyuşa raketi ilə vurulduğunu, Avivim qəsəbəsində bir evdə olan əsgərlərin isə idarə olunan raketlə vurulduğunu açıqlayıb.

Milli.Az


Etiketlər:  Hizbullah İsrailin hərbi zavodunu vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ