Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2023 00:38
Finlandiya hökuməti Rusiya ilə sərhəddə daha dörd keçid məntəqəsinin bağlanması barədə qərar qəbul edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, müvafiq məlumatı Finlandiya Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, iki ölkə arasında yalnız bir keçid məntəqəsi - ən şimaldakı Raya-Yooseppi (Lappi əyalətinin İnari bələdiyyəsi) məntəqəsi fəaliyyət göstərəcək. Bu, həm də qaçqınların sığınacaq üçün müraciət edə biləcəyi yeganə məntəqə olacaq.
Xatırladaq ki, noyabrın 18-də Finlandiya Rusiya ilə sərhəddə mövcud doqquz nəzarət-buraxılış məntəqəsindən dördünü bağlamışdı.