Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2023 16:44
Ukraynanın əməkdar idman ustası, kikboksinq üzrə dəfələrlə dünya çempionu Sergey Lısyuk müharibədə həlak olub.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Ukrayna mətbuatına istinadla xəbər verir ki, idmançı münaqişə başlayandan könüllü olaraq Ukrayna Silahlı Qüvvələrinə qoşulub.
Bir neçə gün əvvəl ailənin dostları Lısyukun döyüş tapşırığını yerinə yetirərkən Donetsk istiqamətində minaya düşdüyü barədə məlumat vermişdilər. Bundan sonra o, Dneprdəki xəstəxanaya göndərilib və reanimasiyaya yerləşdirilib.
Həkimlər idmançının ayağını amputasiya etməli olsalar da, xəstənin vəziyyəti pisləşib və onu xilas edə bilməyiblər.
Lısyukun həyat yoldaşı Yelena Bibik ərinin ölümünü təsdiqləyib.