Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur aktyor cinsi zorakılıqda ittiham olunur - FOTO

Məşhur aktyor cinsi zorakılıqda ittiham olunur - FOTO

Tarix: 24 Noyabr 2023 04:40

Ceymi Foks cinsi təcavüzdə ittiham olunur.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barərə TMZ məlumat yayıb. Qeyd olunub ki, 2015-ci ilin avqustunda Nyu-Yorkda "Catch NYC & Roof" restoranında aktyor onun şəkil çəkdirmək istəyən qadına qarşı seksual xarakterli hərəkətlər edib. Ulduzun qurbanı olduğu iddia edilən qadın həmin gün axşam saat 23:00 radələrində müəssisəyə gəldiyini və bir neçə saat sonra Foksun masasının yanında oturan rəfiqəsi ilə birlikdə ondan şəkil çəkdirməsini istədiklərini bildirib. Sərxoş olduğu iddia edilən Ceymi "Əlbəttə, gözəlim, sənin üçün hər şey edərəm" deyərək razılaşıb.

Fotolardan sonra iddiaçı iddia edir ki, "Oskar" qalibi ona iltifat edərək, "supermodel bədən quruluşuna" sahib olduğunu və parfumunu bəyəndiyini söylədi. Sonra qadının əlindən tutub restoranda heç kimin olmadığı yerə aparıb və orada ona ədəbsizcəsinə toxunmağa başlayıb. O, uzaqlaşmağa çalışdığını və baş verənləri təhlükəsizlik işçisi ilə digər qonaqların gördüyünü, lakin müdaxilə etmədiklərini qeyd edib. Sonra rəfiqəsinin ona yardım etdiyini deyib.

İndi iddiaçı təzminat və cəza tələb edərək, müalicəyə ehtiyacının olduğunu qeyd edir və təsvir etdiyi kimi ağır emosional sıxıntı yaşayıb.

"Azad olunmuş Canqo", "Qanuna tabe olan vətəndaş", "Robin Hud", "Girov" və bir çox başqa filmləri ilə tanınan 55 yaşlı aktyor Ceymi Foks isə ittihamlara hələ cavab verməyib.

Milli.Az


Etiketlər:  Məşhur aktyor cinsi zorakılıqda ittiham olunur FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ