Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2023 23:48
"WhatsApp"a süni intellektli chatbot funksiyası əlavə edilib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, "WhatsApp" 2.23.24.26 beta versiyasında söhbətlər bölməsində yeni qısayol vasitəsilə əldə edilə bilən bu chatbot istifadəçi təcrübəsini kökündən dəyişdirməyi hədəfləyir. Bu yeni xüsusiyyət istifadəçilərə gündəlik tapşırıqlarını daha asan idarə etməyə imkan verəcək.
Hələlik sözügedən funksiya hazırda sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.
Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.