Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ginekoloqdan hamilə qadınlara ÇAĞIRIŞ: ''Bu səhvi etməyin''

Ginekoloqdan hamilə qadınlara ÇAĞIRIŞ: ''Bu səhvi etməyin''

Tarix: 26 Noyabr 2023 04:36

Hamilə qadınların etdiyi bir sıra səhvlər var. Onlardan biri də planlaşdırılmamış hamiləliyə dərmanla son qoymaqdır.

Hamiləliliyi bu cür sonlandırmağın nə kimi fəsadları var?

Sonxeber.net xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan ginekoloq Təranə Həsənova bildirib ki, bu, farmokoloji abort hesab olunur.

"Farmakoloj abortların özünə görə bir sıra fəsadları  var. Ona görə mütləq dərman qəbulu həkim nəzarəti altındda olmalıdır. Hamiləliyin müddətindən asılı olaraq dərmanın dozasını həkim təyin etməlidir".

Ginekoloq bildirib ki, xanımların bir çoxu bu dərmanı ev şəraitində qəbul edirlər:

"Onlar dozanı düzgün təyin edə bilmirlər. Bu da onların sağlamlığı üçün təhlükəyə çevrilir.  Nəticədə güclü qanaxma baş verir və bu da insturmental aborta ehtiyac yaradır".

T. Həsənova son olaraq əlavə edib ki, xanımlarıın özbaşına hamiləliyi pozması sağlamlıq üçün ciddi təhlükədir.


Etiketlər:  Ginekoloqdan hamilə qadınlara ÇAĞIRIŞ səhvi etməyin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ