Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Google” qeyri-aktiv hesabları siləcək

“Google” qeyri-aktiv hesabları siləcək

Tarix: 26 Noyabr 2023 18:16

Dekabrın ilk günlərindən etibarən "Google" bir sıra xidmətlər üçün aktiv olmayan istifadəçi hesablarını silməyə başlayacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə şirkət öz bloqunda xəbərdarlıq edib.

Yeni qaydalar "Gmail" sahiblərinə, sənədlərin yaradılması xidmətinə, disk yaddaşına, "Meet" audio zəng və videokonfrans xidmətinə, təqvim planlaşdırıcısına, həmçinin fotoşəkillər hostinqinə təsir edəcək.

Son iki ildə öz hesablarına daxil olmayan istifadəçilər onlara girişi itirəcəklər.

"Google" bu tədbiri şirkətin serverlərində yerin boşaldılması və məlumatların təhlükəsizliyinin artırılması ilə izah edib. 

Milli.Az


Etiketlər:  Google qeyri aktiv hesabları siləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ