Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ramiz Novruzun obrazı ilə qarşılaşan övladları göz yaşına boğuldu - VİDEO

Ramiz Novruzun obrazı ilə qarşılaşan övladları göz yaşına boğuldu - VİDEO

Tarix: 27 Noyabr 2023 22:25

Mərhum Xalq artisti Ramiz Novruzun övladları - vizajist qızı Şəfəq Novruzova,  oğlu aktyor Cavidan Novruzov və nəvəsi Ayan efirdə göz yaşlarına qərq olublar. 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, buna səbəb "O üz" verilişində mərhum aktyorun səhnədə yaratdığı Həzi Aslanov obrazını nümayiş etdirmələri olub. 

Atasının obrazını görən Cavidan ağlayaraq studiyadan uzaqlaşıb. Qızı Şəfəq də hisslərini hakim kəsilə bilməyərək göz yaşı axıdıb. Onlar ataların itkisi ilə barışa bilmədiklərini və çox ağır hisslər keçirdiklərini dilə gətiriblər.  

Verilişin gedişatında studiyaya aktyorun nəvəsi Ayan daxil olub. Babasının obrazını görən Ayan kövrələrək göz yaşı axıdıb. 

Proqramda təsirli anları sizə təqdim edirik: 

Milli.Az


Etiketlər:  Ramiz Novruzun obrazı ilə qarşılaşan övladları göz yaşına boğuldu VİDEO


RƏYLƏR