Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Baydenə görə, israillilər və fələstinlilər bərabər azadlıqlara malik olmalıdırlar"

Tarix: 27 Noyabr 2023 23:12

Yaxın Şərqdə uzunmüddətli sülh üçün ilkin şərt Fələstin-İsrail münaqişəsinin ikidövlətli həllidir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

"Heç kim ikidövlətli həllin ABŞ Prezidenti Co Bayden qədər güclü tərəfdarı deyil. Bu, regionda uzunmüddətli sülh üçün zəruridir. Baydenə görə, israillilər və fələstinlilər bərabər azadlıqlara malik olmalıdırlar və Ağ Ev rəhbəri münaqişədən sonra deyil, indi bu istiqamətdə intensiv işləmək niyyətindədir", - müşavir bildirib.

Milli.Az


Etiketlər:  Baydenə görə israillilər fələstinlilər bərabər azadlıqlara malik olmalıdırlar


RƏYLƏR