Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Doğum evlərində süni uşaq qidaları satılır? - Nazir müavini cavab verdi

Doğum evlərində süni uşaq qidaları satılır? - Nazir müavini cavab verdi

Tarix: 6 Noyabr 2019 13:00

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə nazirinin müavini Elsevər Ağayev dövlət doğum müəssisələrində ayrı-ayrı şirkətlər tərəfindən valideynlərə yenidoğulanların qidalandırılması üçün süni uşaq qidalarının satılmasına münasibət bildirib.

Trend-in məlumatına görə, E.Ağayev deyib ki, bəzi şirkətlər uşaq qidaları ilə bağlı düzgün təbliğat aparmırlar. Buna görə həkimlər də yeni doğulan uşaqların qidalanmasına diqqət etməlidirlər: "Səhiyyə Nazirliyi olaraq apardığımız siyasət ondan ibarətdir ki, uşaqların qidalandırılmasında ana südünə üstünlük verilsin. Uşaqların ana südü ilə qidalandırılması daim təbliğ olunur. Bu məsələdə Səhiyyə Nazirliyi ilə yanaşı, ictimaiyyət də iştirak etməlidir".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Azərbaycanda körpələrin ilk 6 ayda ana südü ilə qidalandırılma göstəricisinin 12-14 faiz olduğunu bildirib.

Bunu olduqca aşağı rəqəm sayan H.Harmancı qeyd edib ki, körpələrin ana südü ilə qidalandırılması faizinin artması üçün addımlar atılmalıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Doğum evlərində süni uşaq qidaları satılır Nazir müavini cavab verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ