Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Atletiko”nun futbolçusundan unikal rekord

“Atletiko”nun futbolçusundan unikal rekord

Tarix: 28 Noyabr 2023 17:54

İspaniyanın "Atletiko" klubunun futbolçusu Koke unikal rekorda imza atıb.

Milli.Az report-a istinadən xəbər verir ki, yarımmüdafiəçi La Liqanın XIV turunda "Malyorka" ilə görüşdə meydana çıxmaqla bunu reallaşdırıb.

1:0 hesablı qələbə qazandıqları matçda 63 dəqiqə mübarizə aparan Koke "Atletiko"nun heyətində bütün turnirlərdə oyun sayını 600-ə çatdırıb. Kapitan madridlilərin heyətində bunu bacaran ilk futbolçudur.

Qeyd edək ki, "Atletiko"nun yetirməsi olan Koke 2009-cu ildən əsas komandada çıxış edir. Yarımmüdafiəçi bu müddətdə 47 qol vurub, 113 məhsuldar ötürmə verib.

Milli.Az


Etiketlər:  Atletikonun futbolçusundan unikal rekord


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ