Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2019 09:21
Bakı. Ayşəm Rüstəmova - Trend:
Azərbaycanda ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonunda verilir.
Trend Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu iqtisadi rayonda kreditlər üzrə illik faiz dərəcələri martın sonuna 23,5% təşkil edib.
Bu göstəriciyə görə ikinci yerdə Yuxarı Qarabağ iqtisadi rayonu - 23,4%, üçüncü yerdə isə Aran iqtisadi rayonu - 23% qərarlaşıb.
Azərbaycanın iqtisadi rayonlarında kreditlər üzrə orta faiz dərəcələri:.
Azərbaycan üzrə kredit qoyuluşunun ölkə üzrə ümumi orta faiz dərəcəsi 11,8% olub. Bakı şəhəri üzrə bu rəqəm 10 faiz təşkil edib.
Mərkəzi Bankın statistikasına əsasən, Azərbaycanda aprelin 1-nə kredit qoyuluşu 13,06 milyard manat olub.
Bu kreditlərin böyük hissəsi və ya 10,68 milyard manatı Bakı şəhərinin payına düşüb. İkinci yerdə isə 606,68 milyon manatla Aran iqtisadi rayonu qərarlaşıb. Üçüncü yerdə 499,8 milyon manatla Abşeron iqtisadi rayonu dayanıb.
Kreditləşmənin həcminə görə ən aşağı göstərici Yuxarı Qarabağ iqtisadi rayonunda olub - 51,64 milyon manat.
Digər iqtisadi rayonların kredit qoyuluşu göstəricisi aşağıdakı kimi olub: Dağlıq Şirvan iqtisadi rayonu - 64,56 milyon manat, Gəncə-Qazax iqtisadi rayonu - 498,6 milyon manat, Quba-Xaçmaz iqtisadi rayonu - 176,77 milyon manat, Lənkəran iqtisadi rayonu - 217,29 milyon manat, Şəki-Zaqatala iqtisadi rayonu - 165,67 milyon manat, Naxçıvan iqtisadi rayonu - 101,2 milyon manat.
Azərbaycanın iqtisadi rayonlarında kreditlər üzrə orta faiz dərəcələri:.
İqtisadi rayon |
Orta illik faiz dərəcəsi |
Abşeron iqtisadi rayonu |
16,1% |
Aran iqtisadi rayonu |
23% |
Dağlıq Şirvan iqtisadi rayonu |
23,4% |
Gəncə-Qazax iqtisadi rayonu |
19,9% |
Quba-Xaçmaz iqtisadi rayonu |
20,4% |
Lənkəran iqtisadi rayonu |
22,3% |
Şəki-Zaqatala iqtisadi rayonu |
20% |
Yuxarı Qarabağ |
23,4% |
Kəlbəcər-Laçın iqtisadi rayonu |
- |
Naxçıvan iqtisadi rayonu |
10,25% |
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin