Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2023 08:06
Türkiyə xarici işlər naziri Hakan Fidan 29 noyabr tarixində Qəzzadakı son hadisələrin müzakirə olunacağı BMT Təhlükəsizlik Şurasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək.
Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, nazir Fidan səfərlə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı - Ərəb Liqasının 11 noyabr 2023-cü il tarixli Fövqəladə Birgə Zirvə Toplantısında qəbul edilmiş qərarların icrasını davam etdirmək üçün yaradılmış qrupun digər üzvləri ilə də bir sıra diplomatik görüşlər keçirəcək.