Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Henri Kissincer 100 yaşında vəfat etdi

Henri Kissincer 100 yaşında vəfat etdi

Tarix: 30 Noyabr 2023 07:18

ABŞ-nin keçmiş dövlət katibi Henri Kissencer vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Nobel sülh mükafatı laureatı keçmiş dövlət katibi 100 yaşında dünyasını dəyişib.

O, 1923-cü ilin 27 may tarixində Almaniyada, Bavariya əyalətinin Fyürt şəhərində yəhudi ailəsində anadan olub.

1938-ci ildə Kissincerlər ailəsi nasist təqibindən xilas olmaq üçün ABŞ-yə yollanıb.

Henri Kissencer 1973-1977 illərdə ABŞ Dövlət Departamentinə rəhbərlik edib.

Milli.Az


Etiketlər:  Henri Kissincer 100 yaşında vəfat etdi


RƏYLƏR