Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əməkdar artist: “O verilişdə nə işim var?! Ayıbdır!”

Əməkdar artist: “O verilişdə nə işim var?! Ayıbdır!”

Tarix: 30 Noyabr 2023 14:30

"Bayaq burada bayağı musiqinin dinlənilməsi məsələsi müzakirə edildi, lakin problem bu deyil, problem odur ki, bu gün radionu açırsan, həmin bayağı mahnını eşidirsən. Problem odur ki, televizoru açırsan, həmin o bayağı mahnını oxuyanı görürsən, o mahnını eşidirsən".

Milli.Az APA-ya istinadla xəbər verir ki, bunu Əməkdar artist Sevda Ələkbərzadə deyib.

"Aparıcılar həmin adamları elə formada təqdim edir ki... Nəticədə, həmin adamlar özlərinə sənətçi deyirlər. Çox üzr istəyirəm, o adamlar musiqiçidirsə, mən musiqiçi deyiləm", - deyə Əməkdar artist qeyd edib.

O, bayağı mahnıların gələcək nəsillərə təsiri məsələsinə toxunub. "Balaca uşaq axı bilmir ki, hansı musiqi keyfiyyətlidir, hansı bayağı.O, sadəcə görür, eşidir. Ona təsir edir. bir dəfə İçərişəhərdə özüm üçün video çəkmişdim. Fonda elə bir mahnı səslənirdi ki, vallah, nə deyim?! Bura İçərişəhərdir. Tarixi məkan. O cür bayağı musiqi niyə orada səslənməlidir?!"

Müğənni televiziya proqramlarına qatılmamasının səbəbini açıqlayıb: "Çünki baxıram ki, həmin verilişə 2 gün öncə kimlər çağırılıb. Onlar necə təqdim edilib. Mənim o verilişdə nə işim var?! Ayıbdır!"

Milli.Az


Etiketlər:  Əməkdar artist O verilişdə işim var Ayıbdır


RƏYLƏR