Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2023 18:48
İsrail İspaniyanın Baş naziri Pedro Sançesin Qəzza zolağı ilə bağlı açıqlamalarına görə öz səfirini Madriddən geri çağırıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda İsrailin xarici işlər naziri Eli Koen "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Mən İsrailin İspaniyadakı səfirinə zəng etdim və ona məsləhətləşmələr üçün Qüdsə qayıtmasını dedim", - diplomat bildirib.
Koenin sözlərinə görə, Sançes İsrailə qarşı "əsassız" ittihamları təkrarlamaqda davam edir.