Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2023 14:25
Xəbər verdiyimiz kimi, meyxanaçı Xəyyam Əhmədli bir neçə gün əvvəl qəfil səhhəti pisləşdiyi üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, "Elgizlə izlə" ictimai-sosial verilişinin çəkiliş heyəti sənətçiyə müalicə aldığı tibb müəssisəsində baş çəkib.
Müxbirin "Sizin yazdığınız şeirlərə həmkarınız Namiq Qaraçuxurlu mahnılar oxuyub. Bu günlərdə Namiq yanınıza gəlib?" sualına Xəyyam belə cavab verib:
"Namiq Qaraçuxurlunu istəmirəm. İstəmirəm ki, o, yanıma gəlsin. Çünki o, yanıma gələndə həkimlər və tibb bacıları onunla şəkil çəkdirirlər, mən isə kənarda qalıram (gülür). Namiq gəlib mənə baş çəkib".
Qeyd edək ki, meyxanaçı Xəyyam bir neçə gün əvvəl ürək şikayətləri ilə təcili xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır. O, 2018-ci ildə ürəyindən anju olunmuşdu.