Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Psixiatrik xəstəxanaya yerləşdirilən məşhur müğənnidən ÜZÜCÜ XƏBƏR

Psixiatrik xəstəxanaya yerləşdirilən məşhur müğənnidən ÜZÜCÜ XƏBƏR

Tarix: 1 Dekabr 2023 22:28

Keçən həftə Darülaceze psixiatrik xəstəxanasına yerləşdirilən məşhur müğənni Zerrin Özerin son halı heç ürəkaçan deyil.

Milli.Az-ın lent.az-a istinadən xəbərinə görə, 65 yaşlı Zerrin Özer dərin depressiyadadır  və heç kimlə danışmır.

Bir müddət öncə musiqini buraxdığını elan eləmiş Zerrin Özer çox keçmədən yenidən səhnəyə dönmüşdü. Lakin bu da uzun sürməmişdi. Səhnədə oturaraq çıxış edən müğənninin şiddətli ayaq ağrılarından əziyyət çəkdiyi üçün tanınmış həkim Ender Saracoğluna müraciət etdiyi bildirilmişdi.

Sonradan məlum olub ki, onun ayaq ağrıları şəkər xəstəliyi ilə əlaqəli imiş.

Zerrin Özerin  "Border Layn. Şəxsiyyət pozuqluğu" xəstəliyindən əziyyət çəkdiyi məlum olub.

Milli.Az


Etiketlər:  Psixiatrik xəstəxanaya yerləşdirilən məşhur müğənnidən ÜZÜCÜ XƏBƏR


RƏYLƏR