Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağır itkidən sarsılan aktrisa fəryad etdi - FOTO

Ağır itkidən sarsılan aktrisa fəryad etdi - FOTO

Tarix: 2 Dekabr 2023 19:15

"Həmişə Bakı barədə soruşurdu, Azərbaycana gəlməyə çox böyük marağı var idi".

Milli.Az referans.az-a istinadla xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova qardaş ölkənin məşhur aktyoru Can Gürzapın vəfatından kədərlənərək yazıb.

Sənətçi bu itkidən sarsıldığını bildirib:

"Can qardaşım... Bu xəbəri eşidəndən bəri şokdayam. Çox üzüldüm. Neçə serialda bərabər oynadıq. Hər sözün qulaqlarımda səslənir.

Bakıdakı proqramıma qatılmaq istəyirdi, həmişə Bakı barədə soruşurdu, Azərbaycana gəlməyə çox böyük marağı var idi. Amma iş qrafiki buna imkan vermədi. Türk teatrı və kinosu üçün çox böyük itki oldu"

Qeyd edək ki, "Eşkiya dünyaya hükümdar olmaz", "Medcezir", "Kurtlar Vadisi", "İffet" kimi məşhur seriallarda rol alan məşhur 79 yaşlı sənətçi uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Milli.Az


Etiketlər:  Ağır itkidən sarsılan aktrisa fəryad etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ