Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yük maşını qvardiyanın konvoyuna çırpıldı - Ölən və yaralananlar var

Yük maşını qvardiyanın konvoyuna çırpıldı - Ölən və yaralananlar var

Tarix: 5 Dekabr 2023 08:14

Rusiya Federasiyasının Voronej vilayətində yük maşını Rusiya Milli Qvardiyasının karvanına çırpılıb, nəticədə bir nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə M-4 Don avtomobil yolunun 596-cı km-də baş verib.

"Milli Qvardiyanın maşınlarından daha 7 nəfər yaralanıb. Lakin xəsarətlər yüngül olduğundan xəstəxanaya yerləşdirmə tələb olunmayıb", - mənbə bildirib.

Hüquq-mühafizə orqanları baş verənləri araşdırır.

Milli.Az


Etiketlər:  Yük maşını qvardiyanın konvoyuna çırpıldı Ölən yaralananlar var


RƏYLƏR