Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu məhsullar gömrük rüsumundan azad ediləcək

Bu məhsullar gömrük rüsumundan azad ediləcək

Tarix: 5 Dekabr 2023 11:44

Azərbaycana müdafiə təyinatlı məmulatların istehsalı üçün gətirilən avadanlıqlar, humanitar yardım kimi gətirilən mallar, ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıqlar gömrük rüsumundan azad ediləcək.

Milli.Az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Gömrük tarifi haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Həmçinin, dəyişikliyə əsasən, ölkəyə idxal edilən qızıl əşyalarının gömrük rüsumundan azad edilməsi halları müəyyən edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli.Az


Etiketlər:  Bu məhsullar gömrük rüsumundan azad ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ