Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

2024-cü ildə inflyasiyanın bir rəqəmli olacağı proqnozlaşdırılır – Baş nazir

2024-cü ildə inflyasiyanın bir rəqəmli olacağı proqnozlaşdırılır – Baş nazir

Tarix: 5 Dekabr 2023 12:04

Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanıb, inflyasiya tempi azalıb.

Milli.Az-ın məlumatına görə, bunu Baş nazir ƏIi Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Ə.Əsədov qeyd edib ki, Azərbaycanın valyuta ehtiyatları 68.3 milyard ABŞ dolları təşkil edib ki, bu da ÜDM-nin 97 faizinə bərabərdir.

"Hökumətin anti-inflyasiya tədbirləri, məzənnə sabitliyinin tənzimlənməsi nəticəsində inflyasiya tempi azalıb. 2024-cü ildə inflyasiyanın bir rəqəmli olacağı proqnozlaşdırılır. İnflyasiyanın qarşısının alınması və məqbul səviyyədə saxlanılması istiqamətində tədbirlər davam etdiriləcək", - deyə o əlavə edib.

Milli.Az


Etiketlər:  2024 ildə inflyasiyanın bir rəqəmli olacağı proqnozlaşdırılır Baş nazir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ