Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2019 07:18
Bakı. Trend:
Seulda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVII Baş Assambleyası işə başlayıb.
Dördgünlük sammit Koreyanın ən böyük xəbər agentliyi "Yonhap" tərəfindən təşkil edilib.
Bu il mövzusu jurnalistika və etibar məsələləri üçün yeni çağırışlar olan Baş Assambleyanın işində Trend-in baş direktorunun müavini Emin Əliyev iştirak edir.
Azərbaycan həmçinin AZƏRTAC dövlət agentliyi tərəfindən təmsil edilir.
Forumun işində 35-dən çox ölkədənin dövlət və böyük xəbər agentliklərinin nümayəndələri, habelə bir sıra beynəlxalq təşkilatların rəhbərləri iştirak edir.
Sammit çərçivəsində OANA ölkələrinin xəbər agentliklərinin foto sərgisi keçirilir. Trend BİA-nın də foto işləri sərgidə nümayiş etdirilir.
OANA 1961-ci ildə YUNESKO-nun təşəbbüsü ilə yaradılıb. Hazırda təşkilata Asiya və Sakit okeanı regionunun 33 ölkəsinin 44 agentliyi daxildir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin