Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“StrategEast: Dövlət və İnformasiya Texnologiyaları üzrə Avrasiya Forumu” keçirilib

“StrategEast: Dövlət və İnformasiya Texnologiyaları üzrə Avrasiya Forumu” keçirilib

Tarix: 7 Noyabr 2019 10:20

Ukraynanın Kiyev şəhərində beynəlxalq "StrategEast: Dövlət və İnformasiya Texnologiyaları üzrə Avrasiya Forumu" təşkil olunub. Məqsəd dövlət və özəl sektor, qeyri-hökumət təşkilatları və maliyyə qurumlarının yerli nümayəndələrini bir yerə toplayaraq, regiondakı innovativ iqtisadiyyatın inkişafı üzrə görüləcək işlərin müzakirə, eyni zamanda Avrasiya ölkələrinin qlobal iqtisadi və təhlükəsizlik sisteminə inteqrasiyasına kömək etməkdir.



Tədbirdə ölkəmizi təmsil edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov "Avrasiyada İT sənayesi - fərqli yollar, ümumi çağırışlar" mövzusu üzrə paneldə təqdimatla çıxış edib. Nazirlik rəsmisi Azərbaycanda formalaşmış İKT və innovasiya ekosistemi barədə ətraflı danışaraq, dövlət tərəfindən startaplara və innovasiyaların inkişafına xüsusi diqqət göstərildiyini vurğulayıb. Bildirib ki, ölkəmizdə innovasiya təşəbbüskarlığının təbliği, innovativ layihələrə, o cümlədən startaplara qrant, güzəştli kredit verilməsi, innovativ inkişaf sahəsində effektivliyin artırılması və koordinasiyanın təmin edilməsi istiqamətində davamlı işlər görülür. Müzakirələrdə Azərbaycanda İKT sahəsi üzrə trendlərin hazırkı vəziyyəti və perspektivləri də prioritet olub.



Forum Avrasiya regionu üzrə vahid İKT infrastrukturunun yaradılması, innovativ xidmətlərin göstərilməsi kimi mühüm məsələlərə dair müzakirələrlə davam edib.
 
 

 

 




Etiketlər:  StrategEast Dövlət İnformasiya Texnologiyaları üzrə Avrasiya Forumu keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ