Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Nəticəyə görə təkcə üzülmədik, həm də utandıq'' - Terim

''Nəticəyə görə təkcə üzülmədik, həm də utandıq'' - Terim

Tarix: 7 Noyabr 2019 10:28

"Sözün düzü, oyunla və məğlubiyyətlə bağlı deyəcək bir sözüm var, o da təəssüf. Bu nəticəyə görə təkcə üzülmədik, həm də utandıq. İlk 10 dəqiqədə hesabda 0:3 geriyə düşmək çox çətindir. Məğlubiyyət ola bilər, amma bu gün mübarizə görmədim".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə "Real" 0:6 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"İlin sonuna kimi 9 matçımız olacaq. Hər oyunçuya yanvar ayına qədər ehtiyacımız var. Təbii ki çox məyusuq, azarkeşlərimizə belə bir gün yaşatdığımız üçün də üzülürük. Onlara deyəcəyimiz bir söz yoxdur. İlk 10 dəqiqədə "Real" 3:0 hesabı ilə öndə olursa, yekun hesab belə azdır".

 


Etiketlər:  Nəticəyə görə təkcə üzülmədik həm utandıq Terim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ